Devlab Events

Devlab Events texnologiya, startap və mühəndislik sahəsində bilik və təcrübə mübadiləsini gücləndirən tədbirlər silsiləsidir.

150+

Yaradılmış layihələr

100+

Ekosistem üzvü

Yeni dalğaya çox az qalıb.

Təcrübə panelinə keçin

Devlab Events Modulu Haqqında

Devlab Events texnologiya həvəskarlarını, mühəndisləri və startap ekosisteminin iştirakçılarını bir araya gətirən görüşlər, texniki sessiyalar və icma yönümlü tədbirlərdən ibarətdir. Tədbirlər real təcrübələrin paylaşılması, yeni yanaşmaların müzakirəsi və praktiki biliklərin ötürülməsinə fokuslanır. Devlab Events ekosistemdə əlaqələrin qurulmasına, biliklərin dərinləşməsinə və texnoloji icmanın davamlı inkişafına töhfə verir.

Yeniliklərdən xəbərdar ol
Tədbirlər

Qarşıdan gələn Devlab Tədbirləri

Öyrənmək, şəbəkə qurmaq və inkişaf etmək üçün qarşıdan gələn Devlab tədbirlərimizə qoşulun.

Devlab Demo Day - Aprel Kohortu
7 iyun 2026
ENDED

Devlab Demo Day - Aprel Kohortu

İnnovasiya və təcrübə dolu bir gün: Demo Day gəlir! Mütəxəssis spikerlər, HR-lar, xüsusi qonaqlar, seçilmiş tələbələrin çıxışları, təqdimatlar, tanıtım və ən sevilən hissə – Coffee break və Networking time! Bu gün özəl olaraq DevLab tələbələri üçün təşkil olunur — DevLab mühitini, imkanlarını və enerjisini yaxından hiss etmək üçün əla fürsətdir. Hər şey hazırdır, bəs sən?

Tədbir bitib
Automation & AI Hackathon Baku 2026
17 Aprel 2026
ENDED

Automation & AI Hackathon Baku 2026

🚀 Qeydiyyat başladı! Automation & AI Hackathon Baku 2026 üçün müraciətlər artıq açıqdır. Tədbir AEServis'in sponsorluğu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, n8n, fal.ai, Devlab Talent, Enterprise Azerbaijan və Devaze tərəfdaşlığı ilə keçirilir. Bu hakatonda iştirakçılar 2 nəfərlik komandalar halında gün ərzində AI, avtomatlaşdırma və rəqəmsal məhsul ideyaları üzərində işləyərək real prototiplər hazırlayacaqlar. Tədbir developerləri, tələbələri, startup builderləri, dizaynerləri və süni intellekt sahəsinə marağı olan hər kəsi bir araya gətirəcək. 📅 Tədbir tarixi: 17 aprel 🕙 Saat: 10:00–18:00 📍 Məkan: Azərbaycan İnnovasiya Mərkəzi ⏳ Son müraciət tarixi: 15 aprel, 15:00 Səni nə gözləyir? — real problem üzərində işləmək — mentor dəstəyi — yeni insanlarla tanışlıq və networking — innovativ ideyanı prototipə çevirmək imkanı — pitch və münsiflər qarşısında çıxış imkanı 🏆 Mükafatlar: Seçilən 3 ən yaxşı layihə real biznes bazarına təqdim olunmaq imkanı qazanacaq. Bundan əlavə, qalib komandalar üçün təqaüd və müxtəlif inkişaf imkanları veriləcək. İştirak qaydası: hər komanda 2 nəfərdən ibarət olmalıdır. #AutomationAIHackathonBaku #HackathonBaku #AIAzerbaijan #Automation #Startup #Innovation #DEVAZE

Tədbir bitib
Karyeranız üçün əsas addımlar: Data Science və Data Analytics
12 Aprel 2026
ENDED

Karyeranız üçün əsas addımlar: Data Science və Data Analytics

🚀 Data Science və Data Analytics sahəsində karyeranızı növbəti mərhələyə daşımağa hazırsınız? Devlab MMC və Data Science Academy-nin birgə təşkilatçılığı ilə baş tutacaq "Karyeranız üçün əsas addımlar: Data Science və Data Analytics" adlı xüsusi seminarımızda peşəkar zirvəyə gedən yolu kəşf edin! Spikerimiz, QSS Analytics və Data Science Academy-nin təsisçisi Etibar Hüseynli bu sahədə uğur qazanmağın sirlərini, real təcrübələrini və atılmalı olan ən vacib addımları sizinlə bölüşəcək. Tədbirin detalları: 🗓 Tarix: 12 Aprel 2026 ⏰ Saat: 14:00 📍 Məkan: AİM (Azərbaycan İnnovasiya Mərkəzi) - Gənclik Plaza 🖊️ Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin! İştirak ödənişsizdir ! 🔗 İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir. Son qeydiyyat tarixi 10 Aprel.

Tədbir bitib